Xəbərlər

Aşıq Ələsgərin Bakıda abidəsi ucaldılacaq


Prezident İlham Əliyev Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.

BEY.AZ xəbər verir ki, sərəncam Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır.

Sərəncama əsasən, Bakı şəhərində ustad sənətkar Aşıq Ələsgərin abidəsi ucaldılacaq.

Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, Mədəniyyət Nazirliyi ilə birlikdə Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

Eyni zamanda Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu