Xəbərlər

Atakule qülləsi Azərbaycan bayrağının rənglərinə boyandı

BEY MEDIA İnformasiya agenti xəbər verir


Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30-cu ildönümü münasibətilə Ankaranın simvollarından biri olan Atakule qülləsi Azərbaycan bayrağının rənglərinə boyanıb.

BEY.AZ xəbər verir ki, qüllənin üzərində Türkiyə və Azərbaycan bayraqları, həmçinin türk və ingilis dillərində “Türkiyə-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyi mübarək olsun!” sözləri yazılmış lövhə əks olunub.

Qeyd edək ki, Azərbaycana və qardaşlığımıza aid əlamətdar günlərdə həmrəylik nişanəsi olaraq Atakule qülləsinin Azərbaycan bayrağının rənglərinə boyanması ənənə halını alıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu