Xəbərlər

Avropada qazın qiyməti 1400 dolları ötdü

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 400 ABŞ dollarını ötüb.

BEY.AZ xəbər verir ki, 24 mart tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility”də (TTF) aprel fyuçerslərinin qiyməti 1 430,5 dollar təşkil edib. Hərracın başlanğıcından qaz 7,7% bahalaşıb.

Xatırladaq ki, 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu