fbpx
Xəbərlər

Ayaz Mütəllibov son nəfəsində nədən danışıb?

BEY.AZ informasiya agentliyi xəbər verir


“Mərhum Ayaz Mütəllibovla təxminən 20 ildən çox münasibətimiz var idi. Bildiyiniz kimi, 2017-ci ildən mətbuatla bağlı köməkçisi işləyirəm. O, çox gözəl, dəyərli, ziyalı, kübar, müdrik, humanist bir insan idi. Heç vaxt qarşıdurma tərəfdarı olmayıb. Həmişə istəyirdi ki, bütün məsələlər sülh yolu ilə həll olunsun”.

Metbuat.az xəbər verir ki, bu sözləri eks-prezident Ayaz Mütəllibovun köməkçisi Qulu Həsənoğlu Musavat.com-a açıqlamasında deyib. Köməkçisi mərhumun son günlərdəki vəziyyətindən də söz açıb: “Ömür-gün yoldaşı vəfat etdikdən sonra oğlunun ailəsi ilə yaşayırdı. Son anlarında da oğlu başının üstündə olub, söhbətləşib, vidalaşıblar. Bir ara mətbutada şayiələr yayılmışdı ki, guya xəstəliyi ilə əlaqədar nitqi tutulub. Bu tamamilə yanlış məlumat idi. Mərhum son anına qədər ünsiyyətdə olub, danışıb. Son anlarında da yalnız Azərbaycanın firavanlığını arzulayırdı. Şuşa alınanda çox sevinmişdi. Hətta öz təqaüdündən yardım etmişdi. Bir sözlə, çox gözəl insan idi. Mən bu illər ərzində ondan çox şey öyrəndim, ən əsası da səbr etməyi… Bir müddət əvvəl ölkə Prezidentinin, dövlətin nəzarəti altında xəstəxanada əməliyyat olunub, müalicə almışdı”.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu