Xəbərlər

Azərbaycan boksçusu daha bir döyüşdən qalib ayrıldı



Azərbaycan boksçusu Tayfur Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında 1/16 final görüşünə çıxıb.

bey.az xəbər verir ki, 60 kq çəki dərəcəsinə təsadüf edən döyüşdə rəqib italiyalı Simone Spada olub. Əliyev 5:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib. 1/8 finalda rəqib Finlandiya təmsilçisi Arslan Xatayev olacaq. O, ilk qarşılaşmasında haitili Çarles Petit-Hommu üstələmişdi.

Qeyd edək ki, bu gün Azərbaycanın daha bir boksçusu Sərxan Əliyev 71 kq çəkidə 1/16 final görüşünü keçirəcək. Onun rəqibi şotlandiyalı Stiven Nyuns olacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu