Xəbərlər

Azərbaycan millisi heç uduzmadığı rəqibi ilə üz-üzə gələcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Maltada təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

BEY.AZ xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Latviya seçməsi ilə üz-üzə gələcək.

Ta Qali şəhərindəki Milli Stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.Yığmanın heyətində Bədavi Hüseynov, rəqibdə isə Eduard Emsis zədə səbəbindən oyunu buraxacaq. Komanda tarixində 5-ci dəfə Latviya ilə üz-üzə gələcək. Əvvəlki 4 yoldaşlıq matçının 3-ü heç-heçə ilə yekunlaşıbsa, 1-də Azərbaycan millisi qələbə qazanıb.

29 mart

Yoldaşlıq oyunu

15:00. Azərbaycan – Latviya
Baş hakim:Trustin Farrugia Kann (Malta)
Malta. Ta Qali. Milli Stadion.

Qeyd edək ki, Azərbaycan yığması martın 25-də ilk yoldaşlıq görüşündə Maltaya 0:1 hesabı ilə uduzub, Latviya isə Küveyt seçməsi ilə heç-heçə edib – 1:1.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu