fbpx
Xəbərlər

Azərbaycan millisi tarixində ilk dəfə Latviyaya məğlub olub

BEY.AZ informasiya agentliyi xəbər verir


Maltada təlim-məşq toplanışında olan Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

Metbuat.az report-a istinadən xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda Latviya ilə üz-üzə gəlib.

Ta Qali şəhərindəki Milli Stadionda oynanılan qarşılaşma Azərbaycan seçməsinin minimal hesablı məğlubiyyəti ilə bitib – 0:1.

İlk 10 dəqiqə rəqibin üstünlüyü ilə keçib. Daha sonra yığma az da olsa, təşəbbüsü ələ alıb.

17-ci dəqiqədə Qara Qarayevin cərimə meydançasının kənarından endirdiyi zərbədən sonra top qapı tirinə dəyib. 7 dəqiqə sonra isə Eddi İsrafilov hesabı açmağa yaxın olub. Maksim Medvedevin ötürməsindən sonra yarımmüdafiəçinin başla endirdiyi zərbə qapının yanından keçib.

30-cü dəqiqədə Azərbaycan millisi azlıqda qalıb. Qara Qarayev qapıçı Səlahət Ağayevlə təkbətək qalan Vladislav Qutkovskini yıxıb. Maltalı baş hakim Trustin Farruca Kann “sonuncu ümid folu”na görə Qarayevə birbaşa qırmızı vərəqə göstərib.

Buna baxmayaraq, Azərbaycan yığmasının 38-ci dəqiqədəki hücumu da təhlükəli alınıb. Toral Bayramovun cərimə meydançasına ötürdüyü top rəqibin başına, daha sonra dirəyə dəyərək meydanı tərk edib.

54-cü dəqiqədə Canni De Byazi Dmitri Nazarovun yerinə Riçard Almaydanı meydana buraxıb.

70-ci dəqiqədə yığmanın hücumu təhlükəli alınıb. Emin Mahmudovun cərimə meydançasından endirdiyi zərbənin qarşısını müdafiəçi Antoni Çernomordı kəsib.

73-cü dəqiqədə İsrafilovu Filip Ozobiç, Mahmudovu isə Coşqun Diniyev əvəzləyib. 79-cu dəqiqədə Abbas Hüseynov Maksim Medvedevin, Namik Ələskərov Renat Dadaşovun, Təmkin Xəlilzadə Toral Bayramovun yerinə meydana daxil olub.

Latviya millisinin qolunu 85-ci dəqiqədə künc zərbəsindən sonra Vladislav Qutkovski vurub. Zərbə yerinə yetirilərkən, topun xətti havada ikən keçməsi diqqətdən yayınmayıb. Lakin referi qolu qeydə alıb.

90-cı dəqiqədə rəqibin heyətində Kaspar Dubra ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 90+1-ci dəqiqədə Filip Ozobiçin cərimə zərbəsindən sonra qapıçı qola mane olub.

Beləliklə, Azərbaycan yığması tarixində ilk dəfə Latviyaya uduzub. Komandalar arasında əvvəlki 4 yoldaşlıq matçının 3-ü heç-heçə ilə yekunlaşıbsa, 1-də Azərbaycan millisi qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan yığması martın 25-də ilk yoldaşlıq görüşündə Maltaya 0:1 hesabı ilə uduzub, Latviya isə Küveyt seçməsi ilə heç-heçə edib – 1:1.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu