fbpx
Xəbərlər

Azərbaycan Ordusunda andiçmə mərasimi keçirildi

BEY.AZ informasiya agentliyi xəbər verir


Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına uyğun olaraq, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səslədirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Sonra Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissə komandanlığı gənc əsgərləri Hərbi andı qəbul etmələri münasibətilə təbrik edib, xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar.

Yekunda şəxsi heyətin təntənəli marşla tribuna önündən keçidi olub.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu