Xəbərlər

Azərbaycan qalib dövlətdir və nəticələrinə uyğun davranacaq


“Paşinyan indiki laxlamış mövqeyini tam sarsıtmamaq üçün Ermənistan cəmiyyətinə Zəngəzuru Naxçıvanla bağlayan yol barədə müəyyən fikirlər söyləyir. AmmaPaşinyan məcbur olacaq ki, erməni auditoriyasina iki təkliflə müraciət etsin”.

Bu fikirləri BEY.AZa millət vəkili Fazil Mustafa söyləyib. Müsahibimiz bildirdi ki, birinci təklif odur ki, ya Ermənistan Qarabağla bağlı çirkin arzularını gerçəkləşdirmək üçün yeni müharibəyə hazırlaşmalı, ya da imzalanmış üç tərəfli bəyannamənin şərtlərinə uyğun olaraq Azərbaycana yol verib, sərhədləri tanımağa razı olmalıdırlar. Əks halda Azərbaycan da Laçın dəhlizi ilə bağlı addımını ata bilər.

“Bu diplomatik bir savaş müddətidir. Azərbaycan qalib dövlətdir və nəticələrinə uyğun davranacaq. Azərbaycan ordusunun Xankəndində dayanma səbəbi, üç rayonun (Kəlbəcər, Ağdam, Laçın) itki verilmədən alınması idi. Əks halda 20 min şəhid verib o torpaqları alacaqdıq. Bu müqavilənin şərtlərinə uyğun olaraq itkisiz o torpaqları geri aldıq. Əgər gələcəkdə elə bir vəziyyət yaranarsa, şərtlərə əməl olunmasa gedib digər rayonları da azad edə bilərik”.

Fazil Mustafa onu da xüsusilə vurğuladı ki, Azərbaycan xalqı 44 günlük müharibədən sonra siyasi insana çevrildi.

“Bəzi insanlarla yalan söyləmək mümkün deyil. Yalnız bir qrup insan müharibə gerçəkliyini fərqli şərh edə bilər. Amma həqiqət və deyilənlər göz qabağındadır” Fazil Mustafa fikirlərini belə yekunlaşdırıb.

Gülbəniz Hüseynli / BEY.AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu