fbpx
Xəbərlər

Azərbaycan və Türkiyə meşə yanğınları sahəsində birgə təlimlər keçirəcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan və Türkiyə meşə yanğınları sahəsində birgə təlimlər keçirəcək.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Veysəl Tiryakinin görüşündə razılıq əldə olunub.

Təlimlər yaxında zamanlarda Türkiyədə keçiriləcək.

Bundan başqa, nazir müavinləri Azərbaycan və Türkiyə arasında meşələrin yanğından mühafizəsi və yanğınların söndürülməsi sahəsində əməkdaşlıq protokolunun detallarını müzakirə ediblər. Bildirilib ki, Azərbaycan meşə yanğınlarında istifadə etmək üçün Türkiyəyə təyyarə və helikopterlər verəcək.

Qeyd edək ki, E. Mirzəyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində səfərdədir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu