Xəbərlər

Azərbaycan XİN BMT ölkələrinə təşəkkür etdi


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təqdim edilmiş bütün ölkələrin COVID-19 vaksinlərinə hərtərəfli çıxışının təmin edilməsi ilə bağlı qətnaməyə verilən dəstəyə görə BMT ölkələrinə minnətdarlığını bildirib.

BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva “Twitter” səhifəsində yazıb.

“Qoşulmama Hərəkatı adından Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülmüş və Baş Assambleyanın qəbul etdiyi “Bütün ölkələrin COVID-19-a qarşı peyvəndlərə ədalətli, əlçatan, vaxtlı-vaxtında və hərtərəfli çıxışının təmin edilməsinə dair” qətnaməni dəstəkləmiş BMT-yə üzv ölkələrə minnətdarlığımızı bildiririk”, – paylaşımda deyilir.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu