Xəbərlər

Azərbaycan XİN Rusiyaya başsağlığı verib


Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Kemerovo vilayətindəki “Listvyajnaya” mədənində baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı və xəsarət alanlarla əlaqədar Rusiyanın Xarici İşlər Nazirliyinə başsağlığı verib.

BEY.AZ xəbər verir ki, başsağlığı Azərbaycan XİN-in tviter səhifəsində yer alıb.

“Rusiya xalqına, “Listvyajnaya” mədənində baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və bütün yaralıların tezliklə sağalmasını arzu edirik”, – Azərbaycanın xarici siyasət idarəsinin bağsağlığında deyilir.

Qeyd edək ki, Rusiyada cümə axşamı səhər saatlarında “Listvyajnaya” mədənində qəza verib. Nəticədə 52 nəfər həlak olub, xəsarət alanların sayı 57 nəfərə çatıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu