Xəbərlər

Azərbaycanda avtomobil daşıyan yük maşını qəzaya düşdü

BEY MEDIA İnformasiya agrnti xəbər verir


Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

BEY.AZ APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında BakıQazax avtomagistralının Goranboy rayonundan keçən hissəsində, Gorançayın üzərindəki körpüdə qeydə alınıb.

Üzərində 5 minik, 1 yük maşını olan iritonnajlı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə maşını Gorançayın üzərindəki körpünün beton konstruksiyasına, daha sonra isə dəmir arakəsmələrə çırpıb.

Zərbənin gücündən avtomobillərdən biri yük maşından düşərək əzilib, digərləri isə zədələnib.

Sürücüyə hadisə yerində tibbi yardım göstərilib. Yol-nəqliyyat hadisəsi baş verən ərazidə avtomobillərin hərəkətində müəyyən çətinlik yaranıb.

Yol infrastrukturuna da ciddi ziyan dəyib. Hadisənin başvermə səbəbləri araşdırılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu