Xəbərlər

Azərbaycanda ilk dəfə qarpız sahələri sığortalanacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda ilk dəfə olaraq qarpız sahələrinin sığortalanmasına başlanılıb.

Aqrar Sığorta Fondundan BEY.AZ-a verilən məlumata görə, digər əkin sahələrində olduğu kimi qarpız təsərrüfatları üzrə də sığorta haqqının yarısı fermerlərə dəstək üçün dövlət tərəfindən ödənilir.

Aqrar sığorta qarpız əkinlərini çoxsaylı risklərdən qoruyur. Bura dolu, sel-su basma, leysan, ildırım, yanğın, qasırğa, fırtına, bitki xəstəlikləri və ziyanvericilər, üçüncü şəxslərin hərəkətləri və sair hallar aiddir.

Qarpız təsərrüfatlarının baza sığorta zərfi ilə sığorta tarifi ölkənin ayrı-ayrı regionları üzrə fərqlidir və 2,17% – 5,12% arasında dəyişir.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu