Xəbərlər

Azərbaycanda qaz istehlakı kəskin artıb



Bu ilin noyabr ayının ilk dörd günü ərzində “Azəriqaz” İstehsalat Birliyi ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 mln. kubmetr artıq qaz qəbul edib.

bey.az xəbər verir ki, bu barədə “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində mətbuat nümayəndələrinin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, bu artım havanın ötən ilin müvafiq dövrü ilə müqayisədə daha erkən soyuması ilə əlaqədar istehlakın artımı ilə bağlıdır.

R. Əliyevin sözlərinə görə, noyabrın 4-nə İstehsalat Birliyi 24 mln. kubmetr qaz qəbul edib ki, bu da illik müqayisədə 8 mln. kubmetr artım deməkdir.

Baş direktor qış mövsümündə gündəlik qaz istehlakı pik dövrlərdə 50 mlrd. kubmetr və daha yüksək ola biləcəyini və İB üzrə şəbəkənin imkanları abonentlərin (2,4 mln. abonent) qaz istehlakını tam təmin etməyə imkan verdyini deyib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu