Xəbərlər

Azərbaycanda topuq testinin tətbiqinə başlanıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda topuq testinin (“neonatal skrininq”) tətbiqinə başlanılıb.

Bu haqda BEY.AZ-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, ÜST-ün tövsiyəsi ilə yenidoğulmuşların skrininqi uşaqlar üçün mütləq vacib olan testlər siyahısına daxil edilib. Neonatal skrininqlərdə – topuq testi götürülərək irsi xəstəliklərin diaqnostikası aparılır. Müayinə nəticəsində xəstəlik aşkar olunduqda və ya şübhəli testlərdə ailə ilə əlaqə saxlanılaraq aidiyyatı ilkin səhiyyə müəssisəsinə məlumat verilir.

Topuq testi vasitəsilə yenidoğulmuş uşaqlarda beş irsi xəstəliyin diaqnostikası həyata keçirilir və beləcə xəstəliklərin erkən aşkarlanması və ağır nəticələrin əmələ gəlməsinin qarşısını almağa köməklik edir.

Qeyd edək ki yenidoğulmuşların skrininqi tibbi xidmətin keyfiyyətini qaldırmaqla bərabər, dövlətin sosial-iqtisadi siyasətinin bir hissəsidir. Neonatal skrininq Azərbaycan Prezidentinin sərancamı ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Artıq Səhiyyə Nazirliyinin aldığı avadanlıq TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən tamamlanmış xüsusi reaktivlər təhciz olunaraq skrininqin icrasına start verilib. Azərbaycanın bütün tibb müəssisələrində həkim və tibb bacıları üçün topuq testi ilə əlaqədar treninqlər keçirilib.

Hazırda xəstəxalarda 5 patologiya üzrə test aparmaq mümkündür.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu