fbpx
Xəbərlər

“Azərbaycandan gedirəm, mentalitetinizi başınıza çırpın!”

BEY.AZ informasiya agentliyi xəbər verir


Sosial şəbəkələrdə məşhurlaşan müğənni Nahidə Babaşlının qəzada iti ölüb.

Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, o bu barədə sosial media hesabında məlumat verib:

“Canımdan çox sevdiyim Köpüyümü avtomobil qəzasında
itirdim. Ömrü boyu sevgini daşıyacağam. Nə yazsam, nə desəm, kədərim azalmır. İlk
dəfə gəzdirməsi üçün birinə verdim, onda da qucağımda can verdin. Köpük mənim hər
şeyim idi”.

Nahidə bildirib ki, hadisə Bakıda baş verdiyi üçün ölkədən gedir:

“Qəza
Bakıda oldu, maşın vurdu və qaçdı. Hələ də hadisənin şokundayam. Bilet aldım,
bir neçə saat sonra bu ölkədən gedirəm. Ümidim bir də qayıtmamaqdır. Alın mədəniyyətinizi
də, mentalitetinizi də, sevginizi də, hörmətinizi də başınıza çırpın!”.

Qeyd edək ki, N.Babaşlı sosial şəbəkələrdə “cover” ifaları ilə məşhurlaşıb. Müğənni ötən il “Azərbaycanın parıldayan ulduzu” kateqoriyasında “Altın Kelebek” mükafatına layiq görülüb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu