fbpx
Xəbərlər

Azərbaycanın Avropa çempionu qələbəsini şəhidlərə həsr etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


“Qələbəmi 44 günlük Vətən Müharibəsinin şəhidlərinə həsr edirəm”.

Metbuat.az-ın məlumatına görə, bunu Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionu titulunu qazanan Nicat Hüseynov federasiyanın Mətbuat Xidmətinə açıqlamasında deyib.

51 kq çəki dərəcəsində çıxış edən idmançı yarışa yollanmazdan əvvəl də hədəfinin çempionluq olduğunu bildirib: “Şükürlər olsun, bunu bacardım. Qələbəmi şəhidlərimizə həsr edirəm. Biz həmişə onlara borcluyuq. Ən böyük zəfəri onlar qazanıblar”.

Hüseynov ilk döyüşündə irlandiyalı Antonio Payva ilə üz-üzə gəldiyini xatırladıb: “Rəqib bir az hissiyyatlı idi. Amma layiqli döyüşüb, ondan güclü olduğumu nümayiş etdirdim”.

Boksçu ən çətin görüşünün yarımfinala təsadüf etdiyini söyləyib: “Türkiyəli Mehmethan Çinarla görüşüm gərgin və ağır keçdi. Rinqə də bədən ağrısı ilə çıxmışdım. Öz üslubumda döyüşərək finala yüksəldim”.

Hüseynov finalda gürcüstanlı Lekso Xasaya üzərində qələbəsinin sirrini də açıqlayıb: “Finala çox yaxşı köklənmişdim, döyüşə həvəslə çıxdım. Görüş gərgin alınsa da, tezliklə üstünlüyü ələ aldım. Raundları xeyrimə bitirdim. Məqsədim qızıl medal qazanmaq idi və onu da götürüb, gəlirəm”.

Daha əvvəl dünya və Avropa birinciliklərinin bürünc medalını qazanan idmançı gələcək hədəflərini də açıqlayıb.

Vüqar Ağalarovun yetirməsi olan Hüseynov bildirib ki, əsas arzusu Azərbaycan boks tarixinə olimpiya çempionu kimi düşməkdir: “Qatılacağım bütün yarışlarda Azərbaycan himnini səsləndirmək istəyirəm. Ən böyük arzum isə Paris-2024 Yay Olimpiya Oyunlarında çempion olub, ölkə boksunda tarix yazmaqdır”.

Qeyd edək ki, Avropa çempionatına 7 boksçu ilə yollanan milli komanda yarışı 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu