Xəbərlər

Azərbaycanın qazandığı möhtəşəm qələbə ilə FƏXR EDİRİK



Azərbaycan artıq Qafqazda öz sözünü deyən güclü dövlətlərdən biridir.Müstəqlliyinin bərpasının 30-cu ilində öz ərazi bütövlüyünü və suverenliyini təmin edən Azərbaycan artıq hər bir məsələyə yeni reallıqlar prizmasından yanaşır”.

Bu açıqlamanı bey.az-a özəl olaraq, Türkiyənin Azərbaycandakı keçmiş hərbi ataşesi, general Yücel Karauz bildirib. General deyir ki, Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir.

“Azərbaycan tarixinin ən mühüm günlərindən biri olan 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Müstəqillik Gününü elan etdi. Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır.

2021-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 30 ili tamam oldu. Hazırki müstəqilliyin kökü 1991-ci ildə qurulanMüstəqillik Günün-ə bağlıdır. 1991-ci il oktyabrın 18-də hakimiyyətdə olan iqtidar partiyası – Azərbaycan Xalq Cəbhəsinin qəbul etdiyi Müstəqillik Aktı dövlətin bütün dünyada tanınmasında həlledici rol oynadı. Bundan sonra Azərbaycan dünyanın nəhəng dövlətlərilə ikitərəfli, bərabərhüquqlu və diplomatik münasibətlər yaratmağa başladı, nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatına (02.03.1992) üzv oldu. İndi Azərbaycanın səsi Avropa Şurasının, BMT-nin zirvə toplantılarından, yüksək tribunalarından eşidilir”.

Yücel Karauz deyir ki, bu gün Azərbaycan təkcə sosial-iqtisadi istiqamətdə deyil, elm, incəsənət və mədəniyyət sahəsində də dünyanın sürətlə inkişaf etməkdə olan gənc dövlətlərindən biridir. Azərbaycan özünü informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təhsil şəbəkəsinin müasir tələblər səviyyəsində qurulması, dünyanın bir çox dövlətlərilə hərtərəfli mədəni əlaqələr ölkəni regionun aparıcı dövlətlərindən biri kimi tanıdıb. Müsahibimiz onu da vurğuladı ki, bu əsasda tarixi günlərimizin də yeni qaydada təsbit olunması əsas məqamlardandır. Belə ki, ölkədə “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi qəbul edilmiş və 1918-ci ildə İstiqlal Bəyannaməsinin qəbul olunduğu 28 may Azərbaycan Respublikasında müstəqillik günü, 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu 18 oktyabr isə müstəqilliyin bərpası günü elan edilmişdir.

“18 oktyabrın müstəqilliyin bərpası günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Cənab İlham Əliyevin prezidentliyi dövründə həyata keçirdiyi uğurlu daxili, xarici siyasət, müasir orduquruculuğu işləri Azərbaycanı regionun güclü dövlətinə çevirdi. 27 sentyabr 2020-ci il tarixdə başlanan və cəmi 44 gün davam edən Vətən mühariəsində Azərbaycan güclü dövlət olduğunu düşmənlə yanaşı bütün dünyaya nümayiş etdirmiş oldu. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa edərək möhtəşəm Zəfər qazanan Azərbaycan öz qələbəsi ilə regionda və dünyada yeni reallıqlar yaratdı. Bu qələbə təkcə Azərbaycanın deyil 83 milyonluq Anadolu türkünün, Türkiyənin də qələbəsidir. Biz Azərbaycanın qazandığı möhtəşəm qələbə ilə fəxr edirik. Bu yolda canından-qanından keçən, 44 günlük müharibə müddətində vətənin hər qarışını erməni yağılarından təmizləyən qəhrəman igidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzu edirik. Müstəqilliyin əbədi olsun Azərbaycan!”deyə general fikirlərini tamamlayıb.

Gülbəniz Hüseynli / bey.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu