Xəbərlər

Azərbaycanın turizm imkanları BƏƏ-də təqdim olunur

BEY.AZ informasiya agentliyi xəbər verir


Mayın 9-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində start götürmüş “ATM Dubai 2022” (“Arabian Travel Market 2022”) beynəlxalq turizm sərgisində Azərbaycan milli stendlə təmsil olunur.

Bu barədə BEY.AZ-a Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, qurumun təşkilatçılığı ilə tədbirdə “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan Turizm Departamenti, eləcə də 31 yerli turizm şirkəti iştirak edir.

Sayca 29-cu dəfə başa tutan sərgidə ziyarətçilərə Azərbaycanın müxtəlif regionlarının, eləcə də işğaldan azad olunan ərazilərin turizm imkanları tanıdılır, yeni turizm məhsulları, hazırda mövcud olan səyahət qaydaları, Yaxın Şərq ölkələrindən Azərbaycana səfər imkanları haqqında geniş məlumat verilir.

Mayın 12-nə qədər davam edəcək beynəlxalq sərgidə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə BƏƏ-dən olan turizm şirkətləri, eləcə də digər regionların ölkələrindən olan turizm üzrə ixtisaslaşmış təşkilatların nümayəndələri ilə B2B görüşlər keçirilir, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunur, yeni turizm məhsulları və turizm istiqamətləri haqda məlumat verilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu