Xəbərlər

Azərbaycanla Belarus arasında protokol imzalandı

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanla Belarus arasında kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində İşçi Qrupunun üzvlərinin görüşü keçirilib.

Bu barədə BEY.AZ-a Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Görüşdə Azərbaycan tərəfdən İşçi Qrupun həmsədri, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Belarus tərəfdən İşçi Qrupun həmsədri, Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini İvan Smılqinin rəhbərlik etdiyi nümayən heyətləri iştirak ediblər.

Tərəflər Belarus ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əlaqələr inkişaf etdiyini vurğulayıb, aqrar sahədə texnologiya transferi və birgə pilot layihələrin həyata keçirilməsi, kənd təsərrüfatı məhsullarının idxal-ixrac dövriyyəsinin artırılması, ölkəmizdə aqrar sahəyə investisiyaların cəlbi, bitkiçilik, toxumçuluq, heyvandarlıq və baytarlıq, kənd təsərrüfatı təhsili, qida təhlükəsizliyi sənayesi sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Görüşdə qeyd olunub ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Görüşün sonunda Azərbaycanla Belarus arasında kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində İşçi Qrupunun 4 oktyabr 2021-ci ildə keçirilmiş birinci iclasının protokolu imzalanıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

İlgili Makaleler

Başa dön tuşu
//lephaush.net/4/5013541