Xəbərlər

Azad edilmiş ərazilərə qanunsuz keçmək istəyən şəxslər saxlanılıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun işğaldan azad edilmiş ərazilərinə müvafiq icazələri olmadan keçmək istəyən şəxslər saxlanılıblar.

Bu barədə BEY.AZ-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Əhmədağalı kənd sakinləri – Ayaz Abbasov və Yalçın Əhmədov həmin kənd ərazisindən işğaldan azad edilmiş yerlərə daxil olmağa cəhd edərkən nəzarət qaydasına uyğun RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər aparıb, buna baxmayaraq onlar mina və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə keçmək üçün cəhdlərini davam etdiriblər.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə A.Abbasov və Y.Əhmədov saxlanılaraq RPŞ-yə gətirilib. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub. Məhkəmənin qərarı ilə hər iki şəxs 10 gün müddətinə inzibati qaydada həbs ediliblər.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu