Xəbərlər

Azarkeşləri təhqir edən “Neftçi”nin baş məşqçisinə CƏZA VERİLDİ



Neftçi” klubunun baş məşqçisi Samir Abasov azarkeşləri təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunub.

bey.az xəbər verir ki, bu barədə qərar İntizam Komitəsinin bu gün keçirilən iclasında qəbul edilib. Bundan başqa, qəbul edilən digər qərarlar aşağıdakılardır:

  1. Premyer Liqanın IX turunun “Zirə” – “Keşlə” oyununda “Keşlə” klubunun futbolçusu Tural Axundov “sonuncu ümid folu”na görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);
  2. IX turun “Qarabağ” – “Neftçi” oyununda “Qarabağ” klubunun azarkeşləri pirotexniki məmulatlardan istifadə etdiyi üçün klub 800 manat cərimələnir (maddə 51.2);
  3. “Neftçi” klubunun baş məşqçisi Samir Abasov azarkeşləri təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 41.4);
  4. “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
  5. Sumqayıt” – “Səbail” oyununda matç boyu hesab tablosunun işləkliyi təmin edilmədiyi üçün meydan sahibi klub 800 manat cərimə olunur (maddə 60);
  6. “Səbail” klubunun futbolçusu Nikolas Raysel “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 37.3);
  7. Matç bitdikdən sonra “Səbail” klubunun baş məşqçisi Aftandil Hacıyev hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 41.4);
  8. Qəbələ” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
  9. I Divizionun VII turunun “Keşlə-2” – “Kəpəz” oyununda “Keşlə-2” komandasının futbolçusu Kənan Cəfərov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);
  10. “Kəpəz” klubunun futbolçusu Röyal Əhmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);
  11. “Səbail-2” – “Qarabağ-2” oyununda “Səbail-2” komandasının futbolçusu Zeynəddin Abdurahmanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);
  12. “Səbail-2” – “Qarabağ-2” oyunu gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur (maddə 59.4);
  13. “Qarabağ-2” komandasının baş məşqçisi Cavad Mirzəyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur (maddə 61.1);
  14. Zaqatala” – “Sabah-2” oyununda “Zaqatala” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);
  15. “Zaqatala” – “Sabah-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2);
  16. “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur (maddə 39);
  17. MOİK – “Qəbələ-2” oyununda MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);
  18. “Turan Tovuz” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur (maddə 39).





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu