Xəbərlər

“Bakı Metropoliteni”ndə təlim-məşq keçirilib – FOTOLAR

BEY.AZ informasiya agentliyi xəbər verir


Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Cəfər Cabbarlı” stansiyasında təlim-məşq keçirilib.

FHN-dən BEY.AZ-a verilən məlumata görə, təlim-məşqin mövzusu stansiyasının maşın zalında yerləşən 3 saylı elektrik şitləri otağındakı elektrik lövhəsində baş vermiş şərti yanğının “söndürülməsi” olub.

Əvvəlcə, baş vermiş şərti yanğın barədə səsucaldıcı vasitəsilə məlumat verilib. Məlumatdan dərhal sonra metropoliten işçiləri tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə yanğının söndürülməsinə başlanılıb və FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib”.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri şərti yanğın hadisəsi baş vermiş ünvana gələrək qısa müddətdə “yanğını söndürüblər”.

Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri döyüş hərəkətləri, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu