fbpx
Xəbərlər

Bakıda 23 marşrutun hərəkət sxemi müvəqqəti dəyişəcək

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakı şəhərində keçiriləcək “Bakı Marafonu – 2022” ilə əlaqədar tətbiq ediləcək məhdudiyyətlərə uyğun 23 sayda marşrutun hərəkət sxeminə 15 may 2022-ci il tarixi etibarilə aşağıda qeyd olunan qaydada dəyişiklik ediləcək.

Metbuat.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə həmin dəyişikliklər aşağıdakı kimi olacaq:

– 1, 2, 4, H1 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri Y. Səfərov küç. istiqamətində dəyişdirilərək Puşkin – Nizami – Y.Səfərov küçələri ilə təşkil ediləcək;

– 5 və 88 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi “28 May” metro stansiyası (Puşkin küç.) olmaqla təşkil ediləcək;

– 6 nömrəli marşrutun fəaliyyəti 2 istiqamət üzrə – yəni 20-ci Sahə y/m (F.Ö.Nemanzadə küç.) – İçərişəhər metro stansiyası və Axundov bağı – “Azadlıq prospekti” metro stansiyası istiqamətində təşkil ediləcək;

– 10 nömrəli müntəzəm marşrutun, son dayanacaq məntəqəsi Xocalı pr. (“Xətai” metro stansiyası) olmaqla, fəaliyyəti M.Müşfiq – A.Şaiq – Ş.Bədəlbəyli – D.Əliyeva – Puşkin – Nizami – Y.Səfərov küçələri, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək;

– 18 nömrəli müntəzəm marşrutun, son dayanacaq məntəqəsi Ə.Cavad küç. (Nizami bağı) olmaqla, fəaliyyəti Ş.Şamil – İstiqlaliyyət – Azərbaycan pr. – Ə.Cavad – B.Sərdarov küçələri, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək;

– 21, 32, 46, 175 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqəsi 8 Noyabr pr.-də (Bakı Fransız Liseyi) olmaqla təşkil ediləcək;

– 30 və 49 nömrəli müntəzəm marşrutların fəaliyyəti D.Əliyeva – Nizami – Y.Səfərov küçələri ilə təşkil ediləcək;

– 53 nömrəli müntəzəm marşrutun son dayanacaq məntəqəsi B.Sərdarov küç. (Axundov bağı) olmaqla təşkil ediləcək;

– 61 nömrəli müntəzəm marşrutun fəaliyyəti S.Vurğun – Ş.Bədəlbəyli – R.Behbudov – S.Əsgərova küçələri ilə təşkil ediləcək;

– 65 nömrəli müntəzəm marşrutun fəaliyyəti Lermontov küç. – Ş.Şamil küç. – İstiqlaliyyət küç. – Azərbaycan pr. ilə təşkil ediləcək;

– 125, 127 və 205 nömrəli müntəzəm marşrutların fəaliyyəti Bakı Dairəvi Avtomobil yolu ilə təşkil ediləcək;

– 120 və 149 nömrəli müntəzəm marşrutların fəaliyyəti Yeni Salyan yolu – Bibiheybət yolu – 20-ci Sahə dairəsi, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu