Xəbərlər

Bakıda BƏDBƏXT HADİSƏ: fəhlə binadan yıxılaraq öldü

BEY.AZ informasiya agentliyi xəbər verir


Mayın 12-i saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1993-cü il təvəllüdlü Orxan Bəndəliyevin hündürlükdən yıxılaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Nərimanov prokurorluğundan BEY.AZ-a bildirilib ki, ilkin araşdırmalarla müəyyən olunub ki, Nərimanov rayonunda yeni tikilməkdə olan binanın tikintisində fəhlə işləyən Orxan Bəndəliyev iş görən zaman binanın 11-ci mərtəbəsindən ehtiyatsızlıqdan 2-ci mərtəbənin damına yıxılması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu