Xəbərlər

Bakıda bəzi avtomobil yolları daralacaq

BEY.AZ informasiya agentliyi xəbər verir


Gələn ay Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri davam edir.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən BEY.AZ-a verilən məlumata görə, quraşdırma işləri ilə əlaqədar bu gecədən etibarən Üzeyir Hacıbəyov prospekti – Puşkin küçəsi ilə Üzeyir Hacıbəyov – Azadlıq prospektinin hərəkəti istiqamətində avtomobil yolu daralacaq.

Həmçinin, qeyd olunan Neftçilər prospekti ilə Rəsul Rza küçələrinin kəsişməsindən Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsinə qədər yolun orta hissəsində kiçik qazma işləri aparılacaq. İşlər 10 gün davam edəcək. Nəqliyyatın hərəkətində heç bir məhdudiyyət olmayacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edib



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

İlgili Makaleler

Başa dön tuşu
//eephaush.com/4/5013541