Xəbərlər

Bakıda iki böyük prospekti əlaqələndirən küçənin əsaslı təmiri başlayıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunun Müzəffər Nərimanov küçəsinin əsaslı təmirinə başlayıb.

BEY.AZ xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, uzunluğu 1 830 metr təşkil edən sözügüdən küçə Heydər Əliyev və Ziya Bünyadov prospektlərini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.

Ortalama eni 12 metr təşkil edən Müzəffər Nərimanov küçəsində hazırda yararsız səki və bordür daşlarının yenilənməsi işləri aparılır.

Layihə ardıcıllığına uyğun olaraq daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi, mövcud yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması, kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi nəzərdə tutulub.

Son mərhələdə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

İşlərin yekunlaşmasına uyğun olaraq Nərimanov rayonunda 2022-ci ilin “İnvestisiya Proqramı” çərçivəsində Fətəli xan Xoyski prospektinin, həmçinin Əliəşrəf Əlizadə, Ülvi Bünyadzadə, Məsud Əlizadə, Əbdüləzəl Dəmirçizadə, Tələt Şıxəliyev küçələrinin də əsaslı şəkildə təmir olunması nəzərdə tutulub.

2021-ci ildə Nərimanov rayonunda ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə təmir olunub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu