Xəbərlər

Bakıda məşhur restoran YANIB: 3 nəfər tüstüdən zəhərlənib – VİDEO / YENİLƏNİB


Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda restoranda baş verən yanğınla bağlı daha bir məlumat yayıb.

FHN-dən BEY.AZ-a daxil olan məlumatda yanğın zamanı 3 nəfərin tüstüdən zəhərləndiyi qeyd olunub:

“Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan (hər mərtəbəsi 240 m²) beşmərtəbəli restoran binasının fasadına bərkidilən bacada yağ qalıqları və damında quraşdırılan havalandırma sistemində 1 ədəd mühərrik yanıb. Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”.

09:38

Bakıda məşhur restoranda baş verən yanğın söndürülüb.

Bu barədə BEY.AZ-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, C.Xəndan küçəsində binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. İlkin məlumata əsasən, binanın havalandırma qurğusunda yağ qalıqları yanıb.

Əlavə məlumat veriləcək.

09:00

Bakıda restoranda yanğın başlayıb.

BEY.AZ xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Cəfər Xəndan küçəsindəki “Qoç ət” restoranında yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və texnikası cəlb edilib.

Bir alov və açıq hava şəkili ola bilər





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



BEY MEDIA
Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu