Xəbərlər

Bakıda maskadan istifadə etməyən sürücü və sərnişinlər cərimələnib


Bakı şəhərində polis əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı nəzarət-profilaktik tədbirlər həyata keçirilir.

Bu barədə BEY.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Polis mülki geyimdə avtobuslarda və metroda gücləndirilmiş nəzarət-profilaktik tədbirlərini davam etdirir.

Maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub. Maskadan istifadə etməyən sürücü və sərnişinlər avtobuslardan düşürülüb onlar barəsində qanunauyğun tədbir görülüb.

Analoji tədbirlər paytaxtın demək olar ki, bütün rayonlarında həyata keçirilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur.

Vətəndaşlara müraciət edərək bildiririk ki, koronavirusun yayılmasına imkan verməmək üçün karantin rejimi qaydalarına əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu