Xəbərlər

Bakıdakı karate yarışı mövsümün son turniri ola bilər

BEY.AZ informasiya agentliyi xəbər verir


Avropa Karate Federasiyasının (EKF) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Azərbaycan Milli Karate Federasiyasının Mətbuat Xidmətindən BEY.AZ-a verilən məlumata görə, onlayn görüşdə AMKF-in prezidenti və EKF-in İcariyyə Komitəsinin üzvü Yaşar Bəşirov də iştirak edib.

EKF-in prezidenti Antonio Espinos 2022-ci ilin tədbirləri və yarışları barədə danışıb. O, Ukraynadakı hadisələrlə əlaqədar Rusiyanın paytaxtı Moskvada Karate1 Premyer Liqa turnirin baş tutmayacağını xatırladıb.

Yarışın hansı şəhərdə keçiriləcəyi hələlik müəyyənləşməyib. Oktyabrdakı yarışın ləğv olunma ehtimalı da var. Belə olacağı təqdirdə, 2 – 4 sentyabrda Bakıdakı turnir mövsümün son yarışı olacaq.

AMKF-in prezidenti Yaşar Bəşirov gələn il Karate1 Premyer Liqa turnirinin ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilməsi təklifini irəli sürüb. A.Espinos təkliflə bağlı rəhbərlik etdiyi qurumun müvafiq məsul şəxsləri ilə bu barədə müzakirələr aparacağını bildirib.

Qeyd edək ki, Bakıdakı Karate1 Premyer Liqa turnirinin Milli Gimnastika Arenasında təşkili planlaşdırılsa da, bu baş tutmayacaq. Buna həmin tarixdə arenada gimnastika yarışlarının keçirilməsi səbəb olub. Hazırda Premyer Liqa turnirinin harada gerçəkləşəcəyi bəll deyil.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu