Xəbərlər

Baş Prokurorluqdan Ermənistanın sərhəd təxribatları ilə bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQ


Azərbaycan Baş Prokurorluğunda Ermənistanın KəlbəcərLaçın rayonları ilə sərhədboyu ərazilərdə 15 və 16 noyabr 2021-ci il tarixlərdə törətdiyi silahlı təxribat ilə əlaqədar bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən həqiqətə uyğun olmayan məlumatların paylaşılması ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə BEY.AZ-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Müəyyən edilib ki, 4 nəfər şəxs – Ziyatay Muradov, Aqil Ələkbərov, Mehman Süleymanov və Nadir Vəliyev qeyd edilən hadisələrlə bağlı sosial şəbəkələrdə ictimaiyyətdə təşvişə səbəb ola biləcək, dəqiqləşdirilməmiş, rəsmi mənbələrə istinad edilməyən, süni ajiotaj yaratmaq məqsədilə həqiqətə uyğun olmayan məlumatlar paylaşıblar.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Ziyatay Muradov barəsində toplanan materiallar əsasında İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, Aqil Ələkbərov, Mehman Süleymanov və Nadir Vəliyevə isə prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib.

“Azərbaycan Baş Prokurorluğu bildirir ki, bu istiqamətdə işlər davam etdirilməklə süni ajiotaj yaratmaq məqsədilə yalan və dəqiqləşdirilməmiş məlumatlar yayan kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəkdir”, – Mətbuat Xidmətindən bildirilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu