Xəbərlər

Bayramov-Mirzoyan görüşü üçtərəfli müzakirə üçün hazırlıq mərhələsi OLACAQ



Ermənistanın Xarici İşlər Nazirliyinin müavini Vahe Gevorkyan deyib ki, yaxın günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov arasında görüş keçirilməsi mümkündür: “Biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Düşünürəm ki, yaxın vaxtlarda yeni görüşlər baş tutacaq və danışıqlar prosesinin tam bərpası üçün şərait yaradılacaq” deyə Gevorqan bildirib.

Görüşün detalları barədə -a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirdi ki, uzunmüddətdir gözlənilən bu görüş əsnasında sərhədlərin delimitasiya və demarkasiyasının, həmçinin Zəngəzur dəhlizinin açılması məsələsi müzakirə edilə bilər.

“Müxtəlif iddialara görə noyabrın sonunadək Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü keçirilməlidir. Ceyhun Bayramov bu barədə danışarkən deyib ki, belə bir görüş istisna deyil: “Ermənistan-Azərbaycan arasında postmünaqişə dövrünə aid olan bir sıra məsələlər var. Burada həm nəqliyyat kommunikasiyalarının açılması, eyni zamanda Ermənistan-Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası keçirilməyib. Ümumilikdə bu, normal hal deyil. Dövlətlər arasında sərhədlərin müəyyən edilməsinin sivil qaydaları var. Təbii ki, bu proses baş verməlidir. Bu və ya digər humanitar tipli məsələlərlə bağlı, mina xəritələrinin təhvil verilməsi və başqa mövzular var. Bir çox təşəbbüslər də var. Qonşu və böyük region dövlətləri tərəfindən də çoxsaylı təşəbbüslər var. Azərbaycan tərəfi danışıqlardan çəkinməyib. Bizim mövqeyimiz ədalətlidir, beynəlxalq hüquqa əsaslanır”.

Kənan Novruzov onu da qeyd etdi ki, nazirlərin görüşü üçtərəfli müzakirə üçün hazırlıq mərhələsi olacaq. Müsahibimizin sözlərinə görə, Rusiyanın bu barədə Ermənistanı təlimatlandırması istisna deyil. Ancaq böyük ehtimalla düşmən ölkə Qərbi də narazı salmamağa çalışacaq.

“ATƏT- in Minsk Qrupunun yenidən fəallaşması Ermənistanın maraqlarına cavab verir. Təsadüfi deyil ki, Paşinyanla qondarma respublikanın başçısı Araik Arutunyanın görüşündə Minsk Qrupunu “reanimasiyadan çıxarmağın” vacibliyindən danışılmışdı. İrəvan bunun üçün çox şey etməyə hazırdır. Çünki Minsk Qrupu öz fəaliyyətini bərpa edəcəyi təqdirdə yeni “düyünlər” yaranacaq. Böyük ehtimalla nazirlərin görüşündə həmin məsələ yenidən gündəmə gələcək.
Ümumiyyətlə, nazirlərin görüşündən sonra bir çox məsələlərə aydınlıq gətirilə bilər. Beləliklə, bəlkə də, sərhədlərin müəyyənləşməsinə start veriləcək. Lakin bunun əvəzində Rusiyanın torpaqlarımızda öz maraqlarının təmin olunmasına, o cümlədən Ermənistan- Azərbaycan sərhədinə rus qoşunlarının yerləşdirilməsinə, sülhməramlılarının fəaliyyət müddətinin uzadılmasına imkan vermək olmaz. Çünki müharibə hələ bitməyib. Əksinə, proseslər getdikcə mürəkkəbləşdirir. Deməli, diplomatiyamız çevik, konkret və qətiyyətli olmalıdır” deyə K.Novruzov fikirlərini yekunlaşdırıb.

Gülbəniz Hüseynli /




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu