Xəbərlər

Biləsuvarda aptek və mağazalardan oğurluq edən keçmiş məhkum saxlanılıb


Biləsuvarda 2 aptek və 2 mağazadan oğurluq edən keçmiş məhkum saxlanılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BEY.AZ-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisindəki 2 aptek və mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Cəilabad rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Kərimov olduğu müəyyən edilib. Həmin şəxsin daxil olduğu obyektlərdəki kassalardan ümumilikdə 4437 manat nağ pul oğurladığı məlum olub. Ətrafında aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə E.Kərimovun Cəlilabad rayonu ərazisində yerləşən bir aptekdən də gecə saatlarında 220 manat pul oğurladığı müəyyən edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu