Xəbərlər

Britaniya Assancı ABŞ-a təslim edəcəkmi? Hüquqşünasın proqnozu



London Britaniya məhkəməsinin Culian Assancın ekstradisiyasını qadağan edən qərarına qarşı ABŞ hökumətinin apellyasiya şikayətinə baxmağa başlayıb.

bey.az xəbər verir ki, bu fikirləri Sputnik radiosunun efirində hüquq müdafiəçisi, vəkil Mixail Salkin bildirib.Onun sözlərinə görə, London Ali Məhkəməsi Britaniya məhkəməsinin “WikiLeaks”in qurucusu Culian Assancın ABŞ-a ekstradisiyasını qadağan edən qərarından ABŞ hökumətinin apellyasiya şikayətinə baxmağa başlayıb. Dinləmələr zamanı Amerika tərəfi 2021-ci ilin yanvarında London Mərkəzi Cinayət Məhkəməsinin hakimi Vanessa Baraitserin Assanjı ABŞ hakimiyyətinə ekstradisiya etməkdən imtina etdiyi qərara etiraz edəcək.

Bu qərara səbəb Assancın psixoloji durumu olub. Britaniya hakiminin fikrincə, depressiya və “Asperger” sindromundan əziyyət çəkən Assanc ekstradisiya olunarsa, intihar edə bilər. Bundan sonra ABŞ nümayəndələri apelyasiya şikayəti veriblər. Britaniya həbsxanasında saxlanılan Assanc videobağlantı vasitəsilə dinləmələrdə iştirak edir. Daha əvvəl bildirilmişdi ki, ABŞ-a ekstradisiya edilərsə, Assanc 175 ilə qədər həbs cəzası ala bilər. Hüquq müdafiəçisi, vəkil Mixail Salkin bildirib ki, London Ali Məhkəməsinin ABŞ hökumətinin şikayətinə baxması ehtimalı azdır. Vəkil xatırladıb ki, ABŞ-da ölüm hökmü hələ də ləğv edilməyib.

“Xeyr, mən hesab edirəm ki, məhkəmə hər şeyi dəyişməz qoyacaq, sadəcə olaraq, Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq, o, şəxsi ölüm cəzası ilə üzləşdiyi ölkəyə ekstradisiya edə bilməz. Konvensiya bu cür cəzanın tətbiq edilməsi imkanını inkar edir” Mixail Salkin bildirib.

Gülbəniz Hüseynli / METBUAT. AZ




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu