Xəbərlər

Bu ailələrə müavinət verilə bilər

BEY.AZ informasiya agentliyi xəbər verir


Koronavirusla mübarizədə görülən işlər və tibb işçilərinin canları hesabına ciddi uğurlar əldə edildi, itkiləri minimuma endirildi. Bu mübarizədə onlarla tibb işçisi isə dünyalarını dəyişdi.

BEY.AZ xəbər verir ki, Milli Məclisin səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli onların adlarının əbədiləşdirilməsi və ailələrinə müavinət verilməsi təklifi ilə çıxış edib.

Onun sözlərinə görə, müəyyən forma tapılmalı və qanunvericiliyə uyğun şəkildə həmin həkimlərin əməyi yüksək qiymətləndirilməlidir.

Müşfiq Məmmədli “Xəzər Xəbər”ə deyib ki, hökumət tərəfindən atılan qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan bu pandemiyadan az itki ilə çıxan ölkələrdən oldu. Koronavirusun tüğyan etdiyi vaxtlarda bir çox həkimlərimiz də fədakarlıq edərək canlarını bu yolda qoydular. Onların əməkləri ölkə başçısı tərəfindən dəfələrlə qiymətləndirilib.

Qeyd edək ki, artıq bir sıra ölkələrdə pandemiya ilə mübarizdə dünyalarını dəyişmiş tibb işçilərinin ailələrinə birdəfəlik pul yardımının ödənməsinə başlanıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu
//zikroarg.com/4/5013541