Xəbərlər

Bu günün hava PROQNOZU

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BEY.AZ-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 17-22° isti, Bakıda gecə 11-13° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Gecə və səhər saatlarında duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 23-28° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu