Xəbərlər

Bu müəllimlərə ödənilən məbləğ artırılır



Azərbaycanda xüsusi təhsilə cəlb olunan 12 380 nəfərin valideynlərinə və yaxud digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisələrinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün ayda ödənilən müavinətin məbləğinin 2,3 dəfə artırılaraq 22 manatdan 50 manata çatdırılması nəzərdə tutulub.

bey.az xəbər verir ki, bu barədə “2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, pedoqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş 20 min nəfərə qədər gənc mütəxəssislərin kənd rayonlarındakı ümumi təhsil müəssisəsinə işə cəlb olunmalarının stimullaşdırılması məqsədilə onların kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyanın məbləği 50 % artırılaraq 60 manatdan 90 manata çatdırılacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.






BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu