Xəbərlər

Bu ölkədə də qadınların orduda xidmət etməsinə icazə verildi

Bey.az verir ki, bu barədə KUNA agentliyi məlumat yayıb.

Məlumata əsasən, Küveytin müdafiə naziri Həməd Cabir əl-Əli əl-Sabah silahlı qüvvələrin qapısının qadınlar üçün açıq olduğunu bildirib:

“Küveytli qadınların öz qardaşları ilə çiyin-çiyinə hərbi xidmət keçməsinin vaxtı çatıb. Mən zərif cinsin nümayəndələrinin gücünə və hərbi təlimlərdə kişilərlə yanaşı layiqli iştirak edəcəklərinə inanıram”.

Qeyd edək ki, Küveytdə qadınlara 2005-ci ildə seçkilərdə iştirak etmək hüququ verilib. Onlar hazırda hökumətdə və parlamentdə təmsil olunurlar. 2008-ci ildə isə onların polis orqanlarında xidmət etməsinə icazə verilib.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu