Xəbərlər

Bu ölkədə vaksin vurduran şəxslərə 300 avro veriləcək


Yaşı 60-dan yuxarı olan 500 minə yaxın Slovakiya sakini Yeni il bayramı öncəsi koronavirus peyvəndi üçün 200 avro və 300 avro məbləğində maddi mükafat alacaq.

BEY.AZ xəbər verir ki, təxminən 5,5 milyon əhalisi olan Slovakiyada yaşlı vətəndaşlara peyvəndin iki dozası üçün 200 avro və dərmanın üç dozası üçün 300 avro ödənilməsi haqqında qanun qəbul edilib.

Təqaüdçülərin maddi cəhətdən təşviqi üçün dövlət 279 milyon avro ayırıb.

Slovakiya əhalinin sayına görə koronavirus infeksiyasına yoluxma hallarının sayına görə Avropa İttifaqında ilk yerlərdən birini tutur. Üstəlik, ölkə koronavirusa qarşı peyvənd olunan sakinlərin sayına görə Aİ-də sonuncu yerlərdədir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



BEY MEDIA
Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu