Xəbərlər

Cəlilabadda 20 yaşlı qız itkin düşdü


Cəlilabad rayonunun Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyeva noyabrın 6-da saat 13:00 radələrində Cəlilabad şəhəri ərazisindəki mərkəzi bazardan naməlum istiqamətə gedib və itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BEY.AZ-a verilən məlumata görə, Zəkirə Mirzəyevanın əlamətləri bunlardır:

Boyu 152 sm, gözləri qonur rəngdədir, orta bədən quruluşludur. İtkin düşən zaman üzərində boz rəngli gödəkçə və cins şalvar olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu