fbpx
Xəbərlər

“Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi Aİ üçün çox vacibdir

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan qazının Avropa İttifaqına nəql olunduğu “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi karbon tullantılarının sıfır səviyyəsinə keçiddə qazın vacib rol oynadığı strategiyanın reallaşdırılması üçün vacib əhəmiyyət daşıyır.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “EU Reporter” nəşrində dərc olunmuş məqalədə deyilir.

Müəllif xatırladır ki, İtaliya, Yunanıstan, İspaniya və Portuqaliya liderlərinin Romada görüşündən sonra İtaliyanın baş naziri Mario Dragi tərəflərin Avropa Komissiyasını enerji sahəsində “kəskin addımlar”ın atması üçün şərait yaratmağa razılığa gəldiyini bəyan edib. O qeyd edib ki, İtaliya “Cənub Qaz Dəhlizi”nin Avropa hissəsi olan Trans-Adriatik qaz kəməri (TAP) sayəsində Rusiyadan qaz tədarükündə mümkün qısamüddətli fasilənin öhdəsindən gələ bilər.

Bundan başqa, qeyd olunur ki, İspaniya da İtaliyanın enerji infrastrukturu ilə birgə Pireney yarımadasınadək tədarük marşrutunu genişləndirəcək yeni dəniz qaz kəmərinin tikintisini təşviq edir.

“TAP konsorsiumundan bildirirlər ki, kəmərin gücü ildə 10 milyard kubmetrdən 20 milyardadək artırıla bilər. Azərbaycan qazının iri istehlakçılarında olan Türkiyə ərazisindən keçən Trans-Anadolu boru kəmərinin (TANAP) buraxılış gücü yaxın dörd-beş ildə təxminən iki dəfə, 16 milyard kubmetrdən 31 milyardadək artırıla bilər. Hazırda Azərbaycan qazı ilə doldurulacaq Yunanıstan-Bolqarıstan interkonnektoru ilə bağlı məsələlər də həll olunur”, – materialda qeyd olunur.

Məqalədə vurğulanır ki, Bakıda keçirilmiş konfransda Aİ-nin qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Oliver Varheyi Azərbaycan qazını “Aİ enerji balansının çox dəyərli hissəsi” adlandırıb. Onun sözlərinə görə, kömür istehlakını dayandırmaq və tullantıları 55 faiz azaltmaq məqsədilə qərbi Balkanlardakı Aİ üzvlüyünə namizəd ölkələrə də tədarükü genişləndirmək vacibdir.

“Aİ-nin energetika məsələləri üzrə komissarı Kadri Simson diplomatik tərzdə “qaz tədarükü təhlükəsizliyi baxımından həssas məqam” barədə danışıb. O qeyd edib ki, Azərbaycan etibarlı və sınaqdan keçmiş tərəfdaşdır. Azərbaycanda nəhəng neft və qaz ehtiyatlarının olması ilə yanaşı bərpa olunan enerji sektoru da inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, aparılan birgə enerji siyasəti enerji şaxələndirməsi və enerji təhlükəsizliyi məsələləri çərçivəsindən kənara çıxır. Belə ki, bu, ölkələr arasında yeni əlaqələr yaradır, bu əlaqələrin inkişafına, bu prosesə cəlb olunmuş bütün ölkələr arasında qarşılıqlı etimad səviyyəsinin yüksəldilməsinə xidmət edir”, – məqalədə deyilir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu