Xəbərlər

Cərəyanla balıq ovlayan şəxslər saxlanılıb

BEY MEDIA İnformasiya agrnti xəbər verir


Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlər zamanı elektrik cərəyanından istifadə etməklə qanunsuz balıq ovu ilə məşğul olan şəxslər saxlanılıb.

Bu barədə BEY.AZ-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun Vəliuşağı kəndi ərazisindən keçən su kanalından elektrik cərəyanından istifadə edərək balıq ovu ilə məşğul olan şəxslər aşkar olunub.

Araşdırmalarla həmin şəxslərin rayon sakinləri Xaliq Cəfərov və Yunis Baxşəliyev olduqları müəyyən edilib. Onların istifadə etdikləri elektrik cihazı və ovladıqları müxtəlif növ balıqlar maddi sübut kimi götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu