Xəbərlər

Cari ildə Rusiyadan Azərbaycana 728 nəfərin təxliyə edilib

BEY MEDIA İnformasiya agrnti xəbər verir


Mövcud COVID-19 pandemiya rejimi ilə əlaqədar ölkə üzrə vətəndaşların quru sərhəd keçidinə tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə dövlət sərhədinin Dağıstan Respublikası ərazisindən yerüstü sərhəd yolu ilə Azərbaycana gəlmək üçün toplaşan vətəndaşlarımız və soydaşlarımız üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Operativ Qərargah müvafiq tapşırığına və pandemiya şərtlərinə uyğun olaraq 2021-ci ilin 20-27 dekabr tarixlərində növbəti sərhəd buraxılışları təşkil edilib.

Bu barədə BEY.AZ-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, sərhəd buraxışlarının həyata keçirilməsi üçün Xarici İşlər, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət işçi heyət Rusiya Federasiyasının Dağıstan Respublikasında xidməti ezamiyyətdə olublar. İşçi heyətin üzvləri sərhədi keçmək üçün gözləyən 766 nəfər həmvətənlimizi qeydiyyata alıb, onlara zəruri konsulluq yardımını göstərib.

Rusiyanın yerli qurumları ilə əlaqələndirilmiş fəaliyyət nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş gündəlik kvotaya uyğun olaraq, qeydiyyata alınmış 766 nəfərdən 728 şəxsin 2021-cil ilin 22-27 dekabr tarixlərində (6 sərhəd buraxılışı) Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının “Yaraq Qazmalar – Samur” dövlət sərhəd-keçid buraxılış məntəqəsindən Azərbaycan Respublikasına qrup halında keçidi təmin edilib.

Ümumilikdə, 2021-ci ilin 29 yanvar – 27 dekabr tarixləri arasında qrup halında 35 sərhəd keçidi olmaqla 4217 həmvətənlimizin təxliyəsi təmin edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu