Xəbərlər

Çernobıl AES-in təcrid zonasında yanğınlar lokallaşdırıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Hazırda Çernobıl AES-in təcrid zonasındakı yanğınların əksəriyyəti lokallaşdırılıb.

BEY.AZ-ın xəbərinə görə, bunu Ukraynanın ətraf mühit naziri Ruslan Streles canlı efirdə bildirib. “NASA-nın təqdim etdiyi peyk təsvirləri sayəsində AES-in təcrid zonasındakı yanğınlar izlənilir. Son 2 həftədə 30 yanğın qeydə alınıb. Bu günədək yanğınların əksəriyyəti lokallaşdırılıb. Kiçik ərazilərdə yanğın davam edir” – deyə nazir bildirib.

Nazir əlavə edib ki, son günlərdə hava şəraiti yanğının miqyasının böyüməsinə imkan vermir.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu