Xəbərlər

Cozef Bayden yenidən səlahiyyətlərinin icrasına başlayıb


ABŞ Prezidenti Cozef Bayden yenidən vəzifə səlahiyyətlərinin icrasına başlayıb.

BEY.AZ xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib. Psaki Baydenin əhval-ruhiyyəsinin yaxşı olduğunu bildirib.

Qeyd edək ki, Cozef Bayden səlahiyyətlərini müvəqqəti olaraq ölkənin vitse-prezidenti Kamala Harrisə təhvil vermişdi. Buna səbəb Baydenin tibbi müayinədən (kolonoskopiya) keçməsi idi. Belə olan təqdirdə ABŞ qanunvericiliyi dövlət başçısının səlahiyyətlərini vitse-prezidentə təhvil verməsini tələb edir.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu