fbpx
Xəbərlər

“Delyaqinin bəyanatı Rusiyanın maraqlarına ziddir”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Dövlət Dumasının deputatı Mixail Delyaqinin Rusiyanın Azərbaycanın neft infrastrukturuna zərbələr endirməsi ehtimalı ilə bağlı bəyanatı Rusiya rəhbərliyinin siyasətinə tamamilə ziddir”.

Metbuat.az xəbər verir ki, bunu Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Rusiya Dövlət Dumasının sabiq deputatı Sergey Markov teleqramda yazıb.

“Bu bəyanatlar məsuliyyətsizdir və Rusiyanın maraqlarına ziddir”, – o vurğulayıb.

Qeyd edək ki, Mixail Delyagin “Rossiya1” telekanalındakı “60 dəqiqə” (60 minut) proqramında “Azərbaycan indi real təhlükədir, onu sərt cəzalandırmaq lazımdır. Azərbaycanın neft sənayesi bizim nəyimizə gərəkdir?! Azərbaycanın neft sənayesi çox müdafiəsizdir. Əgər adamlar sözdən anlamırsa, deməli, əməllə başa salmalıyıq. Bunu etməsək, olmayacağıq. Anlayırsınızmı?! Məsələ elə bu cürdür” deyə fikirlər səsləndirib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu