Xəbərlər

Delyaqinin partiyası da Azərbaycandan üzr istədi

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya Federasiyası Dövlət Dumasının deputatı, iqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaqinin Rusiya televiziyasında səsləndirdiyi məlum sərsəm və təxribat xarakterli çıxışı Azərbaycan ictimaiyyətinin, o cümlədən, səfirlik əməkdaşlarının da ciddi narahatlıq və narazılığına səbəb olub.

BEY.AZ xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyindən bildirilib.

Qeyd edilib ki, martın 29-da Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Mixail Delyaqinin fikirlərini şərh edərkən, onu emosiyalarını cilovlamağa və Azərbaycana münasibətdə dost olmayan bəyanatlardan çəkinməyə çağırıb.

Bundan əlavə, o qeyd edib ki, bu açıqlama Rusiya Federasiyasının rəsmi mövqeyinə heç bir halda cavab vermir və verə də bilməz. Rusiyanın Qarabağda sülhün dəstəklənməsi və tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi üçün böyük səy göstərdiyi bir vaxtda Mixail Delyaqinin bu cür ritorikadan çəkinməli olduğunu vurğulayıb.

Həmçinin, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat üçün keçirdiyi ənənəvi brifinq zamanı Dmitri Peskovun açıqlaması ilə həmfikir olduqlarını söyləyib, bu kimi bəyanatların qəbuledilməz və məsuliyyətsiz olduğunu diqqətə çatdırıb. Azərbaycanla qarşılıqlı müttəfiqlik və strateji tərəfdaşlıq münasibətlərinin qurulmasını hədəf seçən Rusiya Federasiyasının, onun rəhbərliyinin mövqeyini əks etdirmədiyini bildirib. Həmçinin Rusiya XİN-in rəsmisi Dövlət Dumasının rəhbərliyi tərəfindən də belə təxribat xarakterli açıqlamalara qiymət veriləcəyinə əminliyini ifadə edib.

Bundan əlavə, “Spravedlivaya Rossiya” partiyasının rəyasət heyətinin katibi, Rusiya Dövlət Dumasının III-VII çağırış deputatı Oleq Şein tərəfindən səfir Polad Bülbüloğlunun adına məktub ünvanlanıb. Məktubda Oleq Şein sağlam düşüncəsini itirməmiş Rusiya vətəndaşları adından həmpartiyalısı, Dövlət Dumasının deputatı Mixail Delyaqinin Rusiya televiziyasında səsləndirdiyi fikirləri ilə bağlı üzr istəyib, soydaşlarının əksər çoxluğunun Azərbaycanı dost ölkə, Azərbaycan xalqını isə mehriban qonşu kimi qəbul etdiklərini vurğulayıb.

Oleq Şein təmsil etdiyi partiyanın rəhbərliyinə daxil olan bir şəxs kimi gələcəkdə belə halların baş verməməsi üçün müvafiq addımlar atdığını da bildirib.

Səfir Polad Bülbüloğlu “Rossiya 1” kanalının daxil olduğu Ümumrusiya Dövlət Teleradio Verilişləri Şirkətinin rəhbərliyinə Azərbaycan ictimaiyyətinin ciddi narazılığı çatdırıb və belə halların qəbuledilməz olduğunu vurğulayıb.

Göstərilmiş səylər nəticəsində Mixail Delyaqin də bu gün Rusiya rəsmiləri tərəfindən ona verilmiş məsləhətləri qəbul etdiyini açıqlayıb, səsləndirdiyi fikirlərinə görə peşman olduğunu bildirərək üzr istəyib və belə addımı şou naminə atdığını söyləyib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu