Xəbərlər

DİM bu fənlərdən sınaq imtahanları keçirəcək


Dövlət İmtahan Mərkəzi tərəfindən dekabrın 26-da Azərbaycan dili (dövlət dili kimi) fənni və III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupları üzrə imtahan vermək istəyən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə sınaq imtahanları keçiriləcək.

Mərkəzdən BEY.AZ-a verilən məlumata görə, imtahanlar bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanda iştirak edən abituriyentlərin nəzərinə çatdırırıq ki, imtahan binasına buraxılış saat 10:45-də başa çatır.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsinin əsli, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında” bəyannamə əsasında həyata keçirilir. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn abituriyentlər imtahana buraxılmırlar.

İmtahanların idarə olunması üçün ümumilikdə 13 imtahan rəhbəri, 99 zal nəzarətçisi və 26 buraxılış rejimi əməkdaşı ayrılıb.

Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə sınaq imtahanı Bakı, Naxçıvan, Gəncə, Şirvan, LənkəranXaçmaz şəhərlərində təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün 1070 nəfər qeydiyyatdan keçib.

İmtahan müddəti 1 saat 30 dəqiqədir.

Sınaq imtahanı 2020-ci ildə tətbiq edilməsi nəzərdə tutulan və ictimaiyyətə elan edilən, lakin pandemiyaya görə həyata keçirilməsi təxirə salınan yeni imtahan modelinə uyğun keçiriləcək. Burada abituriyentlərin dinləyib-anlama qabiliyyətləri də yoxlanılacaq. Həmçinin yazılı şəkildə cavablandırılması tələb olunan 3 tapşırıqdan istifadə olunacaq.

İmtahanda abituriyentlərə 30 tapşırıq:

– dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 (3 qapalı+1 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli) tapşırıq;

– oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 (7 qapalı+1 yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli) tapşırıq;

– dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq təqdim edilir.

III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupları üzrə imtahan vermək istəyən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan Bakı, Naxçıvan, Gəncə və Şəmkir şəhərlərində keçiriləcək.

İmtahanın müddəti 1 saatdır.

İmtahanda abituriyentlərə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqlardır.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



BEY MEDIA
Google News Abone ol

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu