Xəbərlər

DİN də zəlzələ ilə bağlı açıqlama yaydı


Xəbər verdiyimiz kimi, bu gün yerli vaxtla saat 16:46-da Şamaxı ərazisində zəlzələ qeydə alınıb.

Daxili İşlər Nazirliyindən (DİN) BEY.AZ-a bildirilib ki, zəlzələnin qeydə alındığı və hiss edildiyi ərazilərdə xoşbəxtlikdən dağıntı, insan tələfatı və xəsarətlə nəticələnən hadisə qeydə alınmayıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 16:46-da Şamaxı rayonu ərazisində – Pirqulu seysmoloji stansiyasından 20 kilometr cənubda zəlzələ baş verib. Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 5,1-ə bərabər olub. Yeraltı təkanlar episentrdə 5, ətraf rayonlarda 3-4 bala qədər hiss edilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




BEY MEDIA

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Başa dön tuşu